YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Malik Həsənov şəhidin anım mərasimində iştirak edib

    Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri  Fərəcullalı kəndində  şəhid Hüseynli Ədalət Səadət oğlunun  şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimində iştirak ediblər.

  Millət vəkili Malik Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi  ordumuzun qüdrətini, gücünü, döyüş əzmini, qələbə ruhunu göstərdi. Əsgərlərimiz Vətən, torpaq uğrunda  döyüşdülər. Döyüşlərdə iştirak edənləri, qəhrəmanlarımızı unutmuruq. Şəhidlər bizim üçün, Vətənimiz üçün əbədiyyətə qovuşublar. Belə qəhrəmanların ömür yolu vətənpərvərlik məktəbidir və bundan bəhrələnərək formalaşan gənc nəslimiz Vətən, torpaq  sevgisi ilə  yaşayır.

      Malik Həsənov vurğulayıb ki, şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar.  Azərbaycan yenilməz, mübariz xalq olduğunu təsdiqlədi. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.

   Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

  Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.