YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilməkdədir

Xəzər dənizində yeni karbohidrogen mənbələrinin aşkar edilməsi, onun istismarı və resursların Avropadakı istehlakçılara çatdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətin təntənəsidir. Həmin siyasətin praktik olaraq həyata keçirilməsi Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi kimi qəbul edilir.

Bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda çıxışında deyib.

Energetika naziri bildirib ki, son zamanlar dünya birjalarında təbii qazın qiymətindəki artımlar zamanı Avropa və dünyadakı tərəfdaşların Azərbaycanın fürsətcil partnyor olmadığına şahidlik etdilər.