YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı “Eurovision-2015” Mahnı Müsabiqəsində Elnur Hüseynov təmsil edəcək

İctimai Televiziya (İTV) bu il “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adını açıqlayıb.
Televiziyadan verilən məlumata görə, ölkəmizi müsabiqədə Elnur Hüseynov təmsil edəcək. E.Hüseynov mayın 21-də Vyanada keçiriləcək “Eurovision-2015” Mahnı Müsabiqəsinin ikinci yarım-finalında özünün mistik və müasir “Hour of the Wolf” balladasını ifa edəcək.
Qeyd edək ki, Elnur Hüseynov ikinci dəfədir “Eurovision” səhnəsinə çıxacaq. 2008-ci ildə o, Azərbaycanın müsabiqədə ilk təmsilçisi olan Elnur və Samir duetinin üzvlərindən biri idi. “Day After Day” mahnısı ilə səhnəyə çıxan duet finalda səkkizinci yerə yüksəlmişdi. Bu il fevralın 18-də isə Elnur Hüseynov beynəlxalq səs istedadları şousu - “The Voice”un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində rekorda imza ataraq bir milyondan çox səs toplayıb.