YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı UNESCO-da qeyd olunacaq

Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq.
Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiya Federasiyası türk dilli xalqlarının nümayəndələrinin iştirak edəcəyi bayram şənliyinə 100-dən artıq incəsənət ustası qatılacaq. Tədbirdə ölkəmizi estrada-folklor ansamblı və aşıq Əli Quluyev təmsil edəcək.
TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində “Novruz rəngləri” adlı sərgi də təşkil olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv