YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bizim siyasi kursumuz çox düzgün müəyyən edilib

«Biz Azərbaycanda insan haqlarının vəziyyətini çox yaxşı bilirik. Ona görə də, düşünmürəm ki,  hər hansı bir xarici QHT-nin bu məsələdə mövqeyi narahatlıq doğurmalıdır». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S. Fətəliyeva bildirib ki, belə təşkilatlar müəyyən dairələrin sifarişlərini həyata keçirir. Onun sözlərinə görə, artıq belə məsələlərə ciddi əhəmiyyət vermək lazım deyil.

«Bu tipli məsələlər bizim gündəmimizdə olmamalıdır. Çünki, bizim siyasi kursumuz çox düzgün müəyyən edilib və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı çoxlu işlər görülüb, islahatlar həyata keçirilib. İnsan haqları ilə əlaqədar  qoşulduğumuz bütün konvensiyaların tələblərinə əməl edirik. Ona görə də, hansısa xarici QHT-nin hesabatında ölkəmizdə insan haqlarının vəziyyətinin tənqid olunması bizi narahat etməməlidir. Onlar sifarişlə işləyirlər və bu fakt bütün dünyaya məlumdur»- deyə, şöbə müdiri vurğulayıb.