YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Bu cür hesabatlara əhəmiyyət vermək lazım deyil

«Bəzi xarici təşkilatlar hesabatlarında açıqladığı məqamları, faktları kifayət qədər araşdırmadan, ümumiləşdirmə aparmadan ifadə edirlər. Belə olan halda isə qeyri-obyektivlik qaçılmaz olur». Bu fikri «Demokratiya və İnsan Hüquqları Komitəsi» qeyri-hökumət təşkilatının sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki,  “Human Rights Watch”un Azərbaycanla bağlı son hesabatı ədalətsizlikdir. Çünki Azərbaycanda demokratik azadlıqlar, o cümlədən, kifayət qədər mətbuat azadlığı var. Onun sözlərinə görə, mətbuat çəkinmədən, müəyyən hədləri aşaraq istənilən şəxslər haqqında həqiqətə uyğun olan və ya olmayan müəyyən məqamları səhifələrində çap etdirsə də, onlara qarşı heç bir tədbir görülmür.

«“Human Rights Watch” kimi təşkilatlar hər zaman yerləşdiyi və ya təsir dairəsində olduğu ölkənin maraqlarına xidmət edən açıqlamalarla çıxış edirlər. “Human Rights Watch”un Azərbaycanla bağlı yaydığı son hesabat da müəyyən təsirlər altında verilib. Bəzi ölkələr var ki, Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilmirlər. Bu baxımdan da onlar hər zaman Azərbaycana təzyiq etməklə təsir altında saxlamağa cəhd edirlər. Hesabatdakılarn hamısı həmişə olduğu kimi Azərbaycana qarşı olan mövqelərinin tərkib hissəsidir. Düşünürəm ki, ümumiyyətlə, bu cür hesabatlara əhəmiyyət vermək lazım deyil»-deyə, Ç.Qənizadə qeyd edib.