YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

         Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir.

         Noyabrın 24-də YAP Pirallahı rayon təşkilatının Pirallahı qəsəbəsi, 40-cı məhəllə və Süleyman Bağırov ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki iclaslarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

         Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən 40-cı məhəllə və Süleyman Bağırov ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Nəzakət Mansurova 40-cı məhəllə ərazi partiya  təşkilatının sədri, Səadət Rəfiyeva sədr müavini, Cəmil Alıyev Süleyman Bağırov ərazi partiya təşkilatının sədri, Rüfət Əhmədov sədr müavini seçiliblər.

         İclasların sonunda YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları İlqam Əskərov və Məmləkət Qaraçobanova yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıblar və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.