YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi anılıb

Qusar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Qurbanov Çingiz Salman oğlunun doğum günündə xatirəsi anılıb.  

Anım mərasiminə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının rəhbərliyi, partiya fəalları qatılıblar.

Əvvəlcə şəhidin Qusar şəhərindəki Şəhidlər Xiyabanında məzarını ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra tədbir iştirakçıları Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş Qusar Dövlət Ləzgi Dram Teatrının Səhnələşdirdiyi Abdulla Qurbaninin “Çingiz dastanı” tamaşasını izləyiblər.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da erməni kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.