YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Əyyub Bəşirovun doğum günü münasibətilə anım tədbiri keçirilib

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Bəşirov Əyyub Rasim oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və rayon Təhsil şöbəsinin əməkdaşları şəhidin rayonun Ərəş kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Kənd sakinlərinin də iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbir çərçivəsində Yevlax şəhər Uşaq-Gənclər İdman-şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın sərbəst güləş növü üzrə rayon turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edib, Əyyub Bəşirovun şərəfli həyat və döyüş yolundan bəhs ediblər.