YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda şəhid Cəbrayılov Xəyal Rafiq oğlunun xatirəsi anılıb

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Cəbrayılov Xəyal Rafiq oğlunun anım günü ilə əlaqədar Lək kəndində şəhidin məzarını ziyarət ediblər. Şəhidin ailəsinə başsağlığı verilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Xəyal Cəbrayılov  Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə gorə"medalları ilə təltif edilib.