YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı “Vətən Müharibəsi” qaziləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının rəhbərliyi “I Zəfər Kuboku”nun iştirakçıları olan Vətən müharibəsinin qaziləri ilə görüş keçirib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. S.Vəliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyi kontektsində dəyərlənidirib.

Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Nübar Məlikova və birinci vitse-prezidenti Asəf Məlikov Vətən müharibəsi qazilərinin keçdikləri şərəfli yoldan danışıblar. “Döyüş meydanından idman arenasına”adlı çağırışa səs verən qazilərin bundan sonra da Azərbaycanı layiqincə təmsil edərək üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq əzmində olduqları, “Döyüş medalından Paralimpiya medalına” doğru bir yola çıxdıqları və Paris 2024 Paralimpiya Oyunlarına hazırlaşdıqları qeyd olunub.

Sonda müharibə iştirakçıları prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.