YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirib.

 İclaslarda hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə də baxılıb. Əliyeva Gülşən Mərdəkan qəsəbəsi B.Əliyev 7 ərazi partiya təşkilatının sədri, Hüseynova Elnarə sədr müavini, Fərəcova Reyhan Mərdəkan qəsəbəsi Z.Zulkayday 15 ərazi partiya təşkilatının sədri, Yusifova Sona sədr müavini, Əliyeva Maisə Şüvəlan qəsəbəsi A.İldırım 43A ərazi partiya təşkilatının sədri, Abbasova Məleykə sədr müavini, Əmirov Əfrasiyab Buzovna qəsəbəsi R.İmanov 4A ərazi partiya təşkilatının sədri, Ağayev Təbriz sədr müavini, Məmmədova Afət Türkan qəsəbəsi Xanlar 50A ərazi partiya təşkilatının sədri, İsgəndərova Təranə sədr müavini, Mehralıyev Məhəmməd Zirə qəsəbəsi Südçüluk Sovxozu ərazi partiya təşkilatının sədri, Atayeva Gülarə sədr müavini, İsalı Kamran Zirə qəsəbəsi N.Hüseynov 5 ərazi partiya təşkilatının sədri, Əliyeva Nərgiz sədr müavini, Qurbanova Sevil Zirə qəsəbəsi Sərdərav 6 ərazi partiya təşkilatının sədri, Ağayeva İlhamə isə sədr müavini seçiliblər.

Yığıncaqlarda YAP-ın yeddinci qurultayında rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə partiya fəallarına ətraflı məlumat verilib.