YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Pandemiyanın sahibkarlara mənfi təsirlərinin azaldılmasında islam maliyyə vasitələri mühüm rola malikdir

Keçirdiyimiz bu görüşün üzv dövlətlərin üzləşdiyi sosial-iqtisadi çətinlikləri birlikdə aradan qaldırmaq baxımından çox dəyərli olduğunu, toplantının “COVID-19-a qarşı Mikro, Kiçik və Orta Müəssisələrin (KOBİA) dəstəklənməsində İslam Maliyyəsinin Rolu” mövzusunu çox uyğun hesab edirik.

Bu fikirləri Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin 37-ci Nazirlər Toplantısında çıxışı zamanı deyib.

COVID-19-un kiçik sahibkarlara mənfi təsirlərinin azaldılmasında islam maliyyə vasitələrinin istifadəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirən nazir müavini bu baxımdan İslam Maliyyə Sisteminin əlverişli mühitin yaradılmasına töhfə verəcəyinə inandığını söyləyib.

Qeyd olunub ki, fikir mübadiləsi sessiyası zamanı keçirilən interaktiv görüşlər ölkələrimizin kiçik və orta bizneslərinin islami maliyyəsinə töhfə verəcək.

“Komitədaxili kommersiya ticarətinin inkişafı və uzunmüddətli kapital axınının artırılması baxımından tədbir mühüm rol oynayır. Hesab edirəm ki, Komitənin İşçi Qrupları üzv ölkələr arasında sosial-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, təşkilat daxilində ticarətin, eləcə də kənd təsərrüfatının inkişafı, özəl sektorun rolunun gücləndirilməsi, yoxsulluğun azaldılması kimi fundamental məsələlərdə mühüm vasitədir. Bundan əlavə, Komitənin layihə maliyyələşdirməsi və COVID-19-a müdaxilə proqramları ölkələrin çoxtərəfli inkişaf əməkdaşlığında mühüm rol oynayır. Bu səbəbdən üzv dövlətlər olaraq Komitə və ona ev sahibliyi edən Türkiyəyə dəstəyimizi artırmalıyıq”, - deyə Niyazi Səfərov vurğulayıb.

Tədbir mövzuya uyğun panel iclaslarla davam etdirilib.