YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Bilal Rzayevin xatirəsi anılıb

Noyabrın 24-də Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər, digər ictimaiyyət nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Alar kənd sakini, şəhid Rzayev Bilal Novruz oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

 Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Şəhid Bilal Rzayevin döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, şəhid Bilal Rzayev ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv