YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Bayramov: İqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha yüksək sürətə malikdir

«2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən dünya iqtisadiyyatı 3 faiz artıb. Azərbaycan Respublikasının ixrac etdiyi “Azəri Layt” xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib». Bu fikirləri maliyyə nazirinin müavini Azər Bayramov deyib.

A.Bayramov bildirib ki, ötən il dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir: “2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8 faiz real artaraq 57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. Manatı qeyri-neft sektorunda, 25,1 mlrd. manatı isə neft sektorunda formalaşıb”.

Nazir müavini həmçinin vurğulayıb ki, iqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0 faizlik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz artaraq 56,6 faizədək yüksəlib: «Müvafiq olaraq ÜDM-in 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0 faiz çox olub».