YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyev siyasətçi kimi deyil, şərbaz, böhtançı və qışqırıqçı, qarayaxa bloger kimi tanınır

Musa Quliyev

Milli Məclisin deputatı

     Saytların birində VİP-in sədr müavini olmiş Əlyar Şirməmmədovun partiyanın sədri Əli Əliyevin diktatorcasına idarə üslubuna etiraz edərək tutduğu vəzifəsindən istefa verdiyini oxudum. Əli Əliyevin yanından kiminsə çıxıb getməsi xəbəri məni o qədər də təəccübləndirmədi. Məni daha çox təəccübləndirən Əli Əliyevin sədr olduğu "partiyada" sədr müavini vəzifəsi, hətta siyasi şura olması xəbəri oldu. Axı bu qurumun, əgər partiya demək olarsa, bir partiya kimi heç bir ictimai- siyasi fəaliyyəti yoxdur və olmayıb. Bu partiyanın Əli Əliyev adlı təmsilçisindən savayı heç bir funksionerinin, üzvünün adı ölkə ictimaiyyətinə tanış deyil.

       Əli Əliyev isə siyasətçi kimi deyil, şərbaz, böhtançı və qışqırıqçı, qarayaxa bloger kimi tanınır.  Onun blogerlik fəaliyyəti də faydasız, hətta ziyanlıdır. Təkcə koronavirus pandemiyası ilə mübarizədə vaksinləşməyə qarşı çıxması cəmiyyətə qarşı bir mənəvi cinayətdir. Bütün dünya tibb alimləri, ÜST, dövlətlər vaksinasiyanın pandemiya ilə mübarizədə ən effektli vasitə olduğunu bəyan etdiyi halda, bu "alimi- ülamə" vaksinə qarşı təbliğat apardı. Hər halda Əli Əliyev  həkimlik fəaliyyəti göstərməsə də onun həkim diplomu var axı...

      O ki, qaldı Ə. Şirməmmədovun "Əli Əliyev partiyanı diktator kimi idarə edir" fikrinə , elə buna görə də "Allah dəvəyə qanad verməyib",- misalı burada lap yerinə düşər. Əli Əliyevin qanadı (idarə etmə səlhiyyəti və imkanı) olsa, o doğrudan da uçurmamış ev qoymazdı. Həm də deyilənə görə gəncliyində onun belə təcrübəsi olub. Xalq da müdrikdir, belə adamların siyasi çəkisini uzaqdan görür və yerini də müəyyənləşdirir,-"  get cəhənnəm ol "-, deyir.