YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyi Azərbaycanın UNESCO İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı məlumat yayıb

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının 2021-2025-ci illər üzrə UNESCO İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı məlumat yatıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, noyabrın 17-də UNESCO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində təşkilatın İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib.

“Ölkəmizin namizədliyinin çoxlu sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahələrinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.

UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə minnətdarlığını bildirir”, - deyə məlumatda bildirilib.