YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanlı şəhidlərin anım mərasimləri keçirilib

YAP Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş Beyləqan rayon Eyvazalılar kənd sakini əsgər Məhərrəmov Niyaməddin Əmiraslan oğlunun, Yeni Mil qəsəbə sakini çavuş Yunusov Elgün Yədulla oğlunun, Bilsulu kənd sakini çavuş Xəlilov Elnur Ramiz oğlunun il mərasimlərində iştirak edib. Ziyarətçilər şəhid ailələrinə təmkin və səbr diləyərək şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, təşkilatın rəhbərliyi və fəalları davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələrinə baş çəkərək problem və qayğıları ilə maraqlanır, həmçinin şəhid məzarlarını ziyarət edərək üzərlərinə gül-çiçək dəstələri qoyurlar.