YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunan şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şahmat turniri kerçirilib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr edilən turnirdə hər komandada 3 nəfər olmaqla 18 məktəbin komandası iştirak edib.

Gərgin mübarizə şəraitində keçən turnirdə I yeri 269 №-li məktəb, II yeri 221 №-li məktəb, III yeri isə 147№-li Texniki-Humanitar liseyi təmsil edən komanda qazanıb.

Qalib komandalar diplomla təltif ediliblər.