YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Azərbaycan Avropanın idman tarixinə öz töhfəsini verəcək

«Bu ilin iyun ayında Azərbaycan Avropanın idman tarixinə öz töhfəsini verəcək». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, olimpiya oyunları ilk dəfə Avropada yaransa da, bu il birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək. Onun sözlərinə görə,  bunun tarixi əhəmiyyəti ilə yanaşı, eyni zamanda ölkəmiz, vətəndaşlarımız üçün də müsbət cəhətləri vardır.

«Heç kimə sirr deyil ki, Bakı günü-gündən gözəlləşir və infrastruktur yenilənir. Beləcə insanlarımız da ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına cəlb olunurlar. Xeyli sayda insan işlə təmin olunub. Bununla belə 12 mindən artıq “könüllü” bu oyunlara cəlb edilib. Ümumiyyətlə, bu proses çox böyük maraq, eyni zamanda insanların müsbət yanaşması ilə həyata keçirilir. Bu gün hər bir azərbaycanlı qürur duyur ki, məhz ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək»- deyə, F.Hacıyev vurğulayıb.