YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: “Human Rights Watch” və digər bu kimi təşkilatlar ölkəmizin əleyhinə olan qüvvələrin əlində alətdir

«İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya bir daha təqdim olunması baxımından mühüm bir tədbirdir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycanın uğurlarına  heç də hamı sevinmir. Onun sözlərinə görə, “Human Rights Watch” və digər bu kimi təşkilatlar ölkəmizin əleyhinə olan qüvvələrin əlində alətdir.

«Onlar Azərbaycanı ləkələmək və ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər. Ancaq biz öz işimizi yaxşı qururuq, siyasətimiz düzgündür və bu halda belə cəhdlər vəziyyəti dəyişə bilməz»- deyə, R.Musabəyov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv