YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Rəşid Mehdiyevin abidəsinin açılışı olub

Salyan rayonun Xalac kəndində İkinci Qarabağ müharibəsinin şəhidi  Rəşid Rövşən oğlu Mehdiyevin əziz xatirəsinə tikilmiş abidənin acılışı olub.

Açılışda YAP Salyan rayon təşkilatını rəhbərliyi və fəalları,  şəhid ailə üzvləri, qazilər və rayon sakinləri iştirak ediblər.

Şəhidin ailəsi xatirə bulağının açılışını  şəhidin xarirəsinə dərin hörmət əlaməti kimi dəyərləndirərək onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov qeyd edib ki, şəhid anası və atası, onun övladları, həyat yoldaşı daim qürurla və başı uca gəzməlidirlər. Çünki onlar xalqımız və dövlətimiz üçün canlarını əsirgəməyən ən dəyərli Vətən övladlarıdırlar.

DİGƏR Xəbərlər Arxiv