YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tengiz Txilava: Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Aeroportunun açılışında iştirakı çox mühüm hadisədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda beynəlxalq aeroportun açılışında iştirakı çox mühüm hadisə idi. Bu bir daha göstərdi ki, Azərbaycanın çox etibarlı müttəfiqi və dostu var.

Bu sözləri gürcüstanlı politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqliyin rəsmiləşdirilməsi ilə bütün məsələlərə aydınlıq gətirildi və göstərildi ki, müharibədən sonra reallıq dəyişib.

“İlk növbədə Ermənistan iqtidarında və müxalifətindəki revanşist əhval-ruhiyyə puç oldu. İkincisi, demək olar ki, regionun yüksək reputasiyalı öz gücü yarandı. Elə bir güc ki, regionda və ona bitişik ölkələrdə bir çox məsələlərin həllinə kömək edə bilər. Bu gün, ümumiyyətlə, güclər balansını kökündən dəyişməyə qadir olan sürətli dəyişikliklər baş verir”, – deyə T.Txilava vurğulayıb.