YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov Masallıda şəhidlərin anım mərasimlərində iştirak edib

Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri rayonun Çaxırlı kəndində şəhid Ağayev Ağamalı Şamil oğlunun, Köçəkli kəndində şəhid baş gizir Abbasov İntiqam Yavər oğlunun, Təzə Alvadı kəndində şəhid Səlimov Sənan Nasif oğlunun və Ərkivan qəsəbəsində şəhid Əlizadə Famil Habil oğlunun şəhidlik zirvəsinə ucalmalarının birinci ildönümü ilə bağlı keçirilən anım mərasimlərində iştirak ediblər.

  Şəhidlərin həyat yolunun gənclərimiz üçün vətənpərvərlik  məktəbi olduğunu bildirən Məşhur Məmmədov vurğulayıb ki, şəhidlərimiz  hər zaman xalqımızın qəlbində yaşayacaqlar. Onların qanı ilə yazılan Zəfər tariximiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı.

 Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

  Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, ruhlarına  dualar oxunub.

 Qeyd edək ki, Milli Məclisin deputatı Məşhur Məmmədov  şəhid  Ağayev Ağamalı Şamil oğlunun  adına salınmış  bulağı ziyarət edib, həmçinin  şəhid  Səlimov Sənan Nasif oğlunun anım mərasimində özünün dəstəyi ilə çap edilən, Masallı şəhidlərinə həsr olunmuş «Şəhidlik  Manifesti» kitabını ailəyə təqdim edib.

 

DİGƏR Xəbərlər Arxiv