YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiya ilə Monteneqro TAP boru kəmərindən ayrılacaq yeni qaz kəmərini inşa etmək niyyətindədirlər

2020-ci ilədək Xorvatiya və Monteneqro birgə “Trans-Adriatik” (TAP) boru kəmərindən ayrılacaq yeni qaz kəmərini inşa etmək niyyətindədirlər.

Bu barədə Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç ilə birgə keçirdikləri mətbuat konfransında məlumat veriblər.
Bildirilib ki, 700 milyon avroya başa gələcək yeni qaz kəməri Adriatik dənizi sahili boyunca uzanacaq.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan qazı TAP vasitəsilə Avropaya 2019-cu ilin sonunda nəql olunacaq.
TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz) şirkətləridir.