YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda şəhid Ramiz Bəkdəmirovun xatirəsi anılıb

YAP Ucar rayon təşkilatı  Birinci Qarabağ müharibəsində itkin düşmüş Bəkdəmirov Ramiz Ənvər oğlunun anım tədbirini keçirib. 1992-ci ildə Ağdam rayonun Şelli kəndində itkin düşmüş  Ramiz Bəkdəmirova şəhid statusu verilib.

Tədbirdə əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək naməlum əsgərin məzarı önündə Ramiz Bəkdəmirovun xatirəsi  anılıb, ruhuna dualar oxunub. Daha sonra şəhidin təhsil aldığı Ucar şəhər 4 saylı tam orta məktəbində məktəblilər şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim ediblər.

Şəhidin bacısı Sevda Əhmədova şəhidlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.