YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sven Sester: Parlament nümayəndələri olaraq Azərbaycana səfərimizdən məmnunuq

Bu, bizim bu il Azərbaycana ilk səfərimizdir. Səfər çərçivəsində Azərbaycan və Estoniyanın qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələrimiz olacaq.

Bu sözləri Azərbaycanda səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester deyib.

O bildirib: “Otuz ildir Azərbaycanın torpaqları işğal altında idi. Lakin keçən il Qarabağ öz sahibinə qayıtdı. Bizim də arzumuz o idi ki, bu məsələ tezliklə həllini tapsın və bu, baş verdi. Ümid edirik ki, bundan sonra münasibətlərimiz daha da genişlənəcək. Biz parlament nümayəndələri olaraq Azərbaycana səfərimizdən məmnunuq.