YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilir. Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə və partiyanın yerli təşkilatları haqqında əsasnamənin tələblərinə əsasən keçirilən iclaslarda VI Qurultaydan ötən dövr ərzində görülən işlərə dair hesabatlar verilir, təşkilatların sədrləri və müavinləri seçilir.

YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi 3”, “Ə.Hacıyev küçəsi 28”, “Ə.Kürçaylı küçəsi 9”, “Ə.Kürçaylı küçəsi 3”, “Şərifli küçəsi 3”, “Ş.Mirzəyev küçəsi 53”, “Məhsəti küçəsi 1”, “Ə.Əzimzadə küçəsi 18”, “Ə.Əzimzadə küçəsi 16”, “Keşlə qəsəbəsi, Köndələn küçəsi 2”, “E.Süleymanov küçəsi 120a”, “B.Nuriyev küçəsi 45”, “B.Nuriyev küçəsi 69”, “Q.Qarayev prospekti 61”, “R.Rüstəmov küçəsi 66”, “İ.Məmmədov küçəsi 148”, “İ.Məmmədov küçəsi 9”, “Nəsimi küçəsi 34”, “R.Teymurov küçəsi 73”, “Babək prospekti 23/89”, “Naxçıvanski küçəsi 26”, “Çobanzadə küçəsi 69”, “Naxçıvanski küçəsi 37”, “Çobanzadə küçəsi 43”, “Naxçıvanski küçəsi 19a”, “Q.Qarayev prospekti 2b”, “Heydər Əliyev prospekti 100”, “Babək prospekti 2269-cu məhəllə”, “Keşlə qəsəbəsi, Puşkin küçəsi 19” və “B.Nuriyev küçəsi 14” ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki iclaslarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatların ötən dövr ərzindəki fəaliyyətləri müzakirə və təhlil edilib, Vətən müharibəsində qazanılmış parlaq zəfərin mahiyyəti barədə danışılıb. Müharibədən sonra formalaşan yeni reallıqlar fonunda və yeni siyasi konfiqurasiya şəraitində qalib ölkənin iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən söz açılıb.

İclaslarda YAP-ın Nizamnaməsində, eləcə də partiyanın yerli təşkilatları haqqında əsasnamədə ərazi partiya təşkilatlarının fəaliyyətini tənzimləyən əsas məqamlar haqqında da ətraflı məlumat verilib.

Çıxış edənlər diqqətə çatdırıblar ki, YAP-ın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında dövlətə, xalqa xidmət dayanır.

Qeyd edəki, YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilir.