YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı  Zığ yolu 41c ünvanında  yerləşən  ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatının  hesabat dövründəki fəaliyyəti qiymətləndirilib.

    YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqda çıxış edərək bildirib ki, müstəqilliyinin bərpasının 30-cu ilini arxada qoyan bugünkü  Azərbaycanı müstəqilliyimizin ilk illərinin Azərbaycanı ilə müqayisə etmək mümkün deyil. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu.

     V.Rəhimzadə qeyd edib ki, xalqımızın  Ümummilli Liderə   və onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasına bəslədiyi ümidlər özünü tamamilə  doğrultdu: «Qısa zaman kəsiyində o zaman Azərbaycanda  tüğyan edən xaos, anarxiya aradan qaldırıldı, ölkənin iqtisadiyyatında baş verən tənəzzülün, insanların rifah halının pisləşməsinin qarşısını almaq üçün ciddi addımlar atıldı. Həmçinin  davamlı islahatlar həyata keçirildi,  erməni təcavüzünün   qarşısı alındı,  separatizm meyilləri aradan qaldırıldı və  ölkəmiz bugünkü inkişafa gəlib çatmaq üçün  çox gözəl əlverişli  mühit əldə etdi.»

  «2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun davamıdır» söyləyən Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan bu müddətdə  möhkəm təməl üzərində inamla irəliləyərək daha möhtəşəm uğurlara imza atıb: «Tarixi Qələbəmiz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. Azərbaycanın iqtisadi tərəqqisi, siyasi müstəqilliyi, güclü, qüdrətli ordusu,   beynəlxalq nüfuzu 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Zəfər səhifələri kimi yazılmasına yol açdı. Azərbaycan dünyanın hərb tarixinə yeni səhifə yazdı.»

    Yeni Azərbaycan Partiyasının bütün dövrlər üçün aktuallığını qoruyan «Güclü dövlət, yüksək rifah» prinsipi əsasında atdığı addımlardan geniş bəhs edən  YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, hazırda sıralarında 16 mindən artıq üzvü  birləşdirən rayon təşkilatı Zəfərimizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə səy göstərir.    

    Sonra hesabat seçki-yığıncağında  təşkilati məsələyə baxılıb.

    Qağaməli Seyfullayev Zığ yolu 41c   ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Əli Qurbanov   isə sədr müavini    seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkibə gələcək fəaliyyətində uğurlar arzulayıb.