YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı Kamil Rzayev 25 ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Kamil Rzayev 25  ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib.

            Hesabat-seçki yığıncağının gündəliyi səsvermə yolu ilə təsdiq edildikdən K.Rzayev 25 ərazi partiya təşkilatının sədri Manaf Manafov hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları K.Rzayev 25 ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab etdilər.

            Gündəlikdə duran 2-ci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən K.Rzayev 25 ərazi partiya təşkilatının sədri vəzifəsinə Manaf Manafovun namizədliyi irəli sürüldü. Səsvermə yolu ilə Manaf Manafovun namizədliyi təsdiq edildikdən sonra təşkilatın fəallarından olan Aysel Qəriblinin K.Rzayev 25 ərazi partiya təşkilatı sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürüldü. Səsvermə yolu ilə Aysel Qəriblinin namizədliyi təsdiq edildi.

            Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatıda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yeniləşən Azərbaycanın müasir tələbləri kontekstində qurmalı, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da hər an hazır olmalıdır. Ərazi partiya təşkilatları da bu məqsədlərə uyğun olaraq çevik və dinamik strukturlar kimi fəaliyyət göstərməlidir.

            İclasın sonunda Emil Abasov təsdiq olunmuş yeni rəhbərliyi təbrik edərək, siyasi fəaliyyətlərində uğurlar arzuladı.