YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı Cənub-Qərb massivi 2 ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam edir. 

Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Cənub-Qərb massivi 2 ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib.

Hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi partiya təşkilatının sədri Anar Cabbarov  hesabat məruzəsi ilə çıxış edərək təşkilatın YAP-ın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ərazi partiya təşkilatındakı partiya üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər. Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab etdilər.

İclasın gündəliyində olan  təşkilati məsələ ilə bağlı hesabat-seçki yığıncağının iştirakçıları Cənub-Qərb massivi 2 ərazi partiya təşkilatının sədri vəzifəsinə Zaur Əliyevin, sədr müavini vəzifəsinə isə Anar Cabbarovun namizədliyini təklif etdilər. Səsvermə yolu ilə namizədlikləri irəli sürülmüş Zaur Əliyev ərazi partiya təşkilatının sədri, Anar Cabbarov isə sədr müavini vəzifələrinə təsdiq edildi.

Yığıncaqda çıxış edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov bildirib ki, ərazi partiya təşkilatının yeni seçilmiş sədr və müavinini təbrik edərək, VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsində uğurlar arzuladı.