YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilib.

Öncə məktəbin məzunu, Vətən Müharibəsi şəhidi Əsədov Səbuhi Azər oğluna həsr olunmuş guşəyə baxış keçirilib. Məktəbin akt zalında ərazi partiya təşkilatının sədri Əhmədov Maxsud Musa oğlu YAP-ın VII qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib.

Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb, çıxışlar edilib.

Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilib.

Ərazi partiya təşkilatının üzvlərinin səs verməsi nəticəsində sədr Əhmədov Maxsud Musa oğlu, sədr müavini Məlikova Yeganə Mikayıl qızı seçiliblər.

Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş qiymətləndirib.

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini verib, ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.