YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonu ərazisində yerləşən ali təhsil ocaqlarına yüksək balla daxil olan tələbələrlə görüş keçirilib

2021/2022-ci tədris ilində Nəsimi rayonu ərazisində yerləşən ali təhsil ocaqlarına yüksək balla daxil olan tələbələrlə görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara gələcək tələbə həyatında uğurlar arzulayıb.

Bildirilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkələrin təhsil səviyyəsi, xüsusən də ali məktəblərinin inkişafı ilə müəyyən edilir. Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkə başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı isə bildirib ki, hər il olduğu kimi, bu il də yüksək bal toplayan gənclərin əhəmiyyətli qismi Nəsimi rayonunda yerləşən ali təhsil ocaqlarını seçiblər. O, həmçinin bunun heç də təsadüfi olmadığını Nəsimi rayonun ziyalı rayonu kimi tanınmasını müstəsna rol oynadığını qeyd edib.

Tədbirdə daha sonra çıxış edən YAP Gənclər Birliyinin üzvü Salman Salmanov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən söhbət açıb.

Tədbirin sonunda yüksək bal toplamış gənclərin təhsilinə xüsusi önəm verildiyini, imtahanlardan yüksək bal toplamış abituriyentlərin ölkənin ən qabaqcıl universitetlərində təhsil alacaqlarını, yüksək ixtisaslı kadr kimi müstəqil Azərbaycanın iqtisadi inkişafına, tərəqqisinə layiqli töhfələr verəcəyini inandığını qeyd edib.

Tədbirin sonunda yüksək baltoplamış tələbələrə hədiyyələr təqdim edilib.