YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələri ilə görüşüblər

YAP Şəmkir rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Sabirkənd kənd sakinləri, Vətən müharibəsi şəhidləri kapitan Hafiz Xalid oğlu Abdurrahmanov, baş leytenant Habil Qabil oğlu Əbdürrəhimli və Məhəmməd Yaqub oğlu Əliyevin məzarlarını ziyarət ediblər.

Daha sonra şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev çıxış edərək Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə, qazilərə böyük göstərilir.

Görüşlərdə qeyd edilib ki, Hafizin, Habilin və Məhəmmədlə bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.

Təşkilat nümayəndələri həmçinin, şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.