YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında "Qazilərin keçdiyi döyüş yolu şərəf tariximizdir" mövzusunda qazilər və gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında "Qazilərin keçdiyi döyüş yolu şərəf tariximizdir" mövzusunda qazilər və gənclərlə görüş keçirilib.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, torpaqlarımız azad olunduğu ilk gündən başlayaraq cənab Prezidentin göstərişi ilə işğaldan azad edilən ərazilərdə quruculuq və bərpa işlərinə başlanılıb. Görülən işlərə nümunə olaraq üzərindən bir il ötməmiş Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi çox vacib və əhəmiyyətli hadisədir. Həmçinin cənab Prezidentin rəhbərliyi ilə regionun inkişafında maraqlı olan ölkəmiz Zəngilanda Zəngəzur dəhlizinin təməlini qoymaqla regionda həm sülhə, həm də inkişafa dəstək verdiyini bəyan edib.

Çıxış edən millət vəkili Elnur Allahverdiyev Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, bugünkü qalibiyyətimizdə gənc nəslin göstərdiyi şücaətdən söz açıb. Azərbaycanın gələcəyinin gənclərə əmanət olduğunu, gənclərin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək Azərbaycanın daha uğurlu gələcəyə aparılacağını qeyd edib.

Millət vəkili Səbinə Xasıyeva Birinci Qarabağ müharibəsindən başlayaraq aparılan güclü ordu quruculuğu, güclü dövlət siyasəti nəticəsində 30 il sonra Şanlı Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən söz açıb.

Millət vəkili Ramil Həsən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməndən azad edilən Qarabağ torpaqlarında qəhrəman oğullarımızın keçdiyi döyüş yolundan bəhs edib. Müharibənin təkcə cəbhədə yox, eyni zamanda virtual mediada da aparıldığını qeyd edən Ramil Həsən Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi bir dövrdə qardaş Türkiyənin göstərdiyi dəstəkdən də söz açıb.

YAP Yasamal rayon təşkilatının əməkdaşı Fuad Həbibzadə Azərbaycan Ordusunun Vətən müharibəsində keçdiyi döyüş yolundan, gənc oğullarımızın bu yolda canı-qanı bahasına şəhid, qazi olduqlarını qeyd edərək, gənc nəslin Azərbaycanın inkişafında olan rolundan və cənab Prezident İlham Əliyevin bu yolda gənclərə olan dəstəyindən bəhs edib.

Daha sonra çıxış edən qazi Hüseyn Qurbanov Yasamal rayonu qaziləri adından onlara göstərilən diqqət və qayğı üçün təşəkkür edib, keçdikləri döyüş yolundan bəhs edib, gənclərə öz tövsiyyələrini verib.

Görüşün yekununda qazilər və tələbələrlə xatirə şəkli çəkilib.

DİGƏR Xəbərlər Arxiv