YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının fəalları şəhidin xatirə kompleksinin ətrafında şam ağacları əkiblər

Bir neçə gün öncə YAP Nərimanov rayon təşkilatının əməkdaşları və fəalları tərəfindən şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin əziz xatirəsinə onun yaşadığı məhəllədə inşa edilmiş bulağın və xatirə abidəsinin ətrafında təmizlik işləri zamanı onun ailə üzvləri şəhidin xatirə abidəsi ətrafında şam ağaclarının əkilməsini və Dövlət Bayrağının dalğalanması istəmişdilər.

YAP Nərimanov rayon təşkilatının rəhbərliyi tərəfindən şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin xatirə abidəsinin ətrafında şam ağaclarının əkilməsi təmin edilib və şəhidin atasına təşkilatın əməkdaşları və fəalları tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim olunub.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Qərib Baxşəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.