YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının növbəti ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Səməd  Vurğun, döngə 2  ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib.   

Hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda təşkilatın sədri Natiq İsmayılov hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab etdilər.

Yığıncaqda Natiq İsmayılovun namizədliyi təsdiq edildikdən sonra təşkilatın sədri, İlqar Vəliyevin  sədrin müavini seçildilər.

Yığıncaqda çıxış edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı  İlqam Əskərov qarşıda duran vəzifələrdən danışaraq yığıncaq iştirakçılarına siyasi fəaliyyətlərində uğurlar arzuladı.