YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Yusif Səfərov küçəsi 35, Zığ yolu 15 ünvanlarıında yerləşən və Dənizçilər ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, yeni dövrün, zamanın tələblərinə uyğun olaraq qarşıya yeni vəzifələr qoyulur ki, onların da icrası yeni prioritetlərin müəyyənləşdirilməsini zərurətə çevirdi: «Dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi və sosial  inkişaf modeli  bu məqamları özündə ehtiva edir.  Son illərin  əsas hədəfi çoxşaxəli  iqtisadiyyatın formalaşdırılması, təkmil sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi,  əhalinin rifahının daha da yüksəldilməsi,  ictimai həyatın bütün sahələrində şəffaflığın qorunması ilə  ölkənin hərtərəfli inkişafını təmin etməkdir.»

«Azərbaycanın  yeni  inkişaf modeli hazırda bütün dünyada təqdir olunur» söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  ölkəmizin  yeni inkişaf konsepsiyası dayanıqlı inkişafı qaçılmaz edir. Hazırda inkişafın yeni mərhələsini yaşayan Azərbaycanda Böyük Qayıdış proqramının uğurlu icrası istiqamətində davamlı addımlar atılır. Milli birliyimizi, həmrəyliyimizi möhkəmləndirməklə bu istəyimizi də hər kəsdə qürur doğuracaq şəkildə reallaşdıra bilərik.  İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası genişdir. Məqsəd 30 ilə yaxın dövrdə torpaq həsrəti ilə yaşayan soydaşlarımızın firavan həyatını  təmin etməkdir.

Vüqar Rəhimzadə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarımızda rolundan bəhs edərək diqqəti Zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda  keçirilən  partiyanın VII qurultayında qəbul olunan  qərarlara yönəldib. Bildirib ki, yeni çağırışlar  partiyanın hər bir rayon və şəhər təşkilatından daha fəal olmağı, hədəflərə öz töhfələrini verməyi tələbə çevirir.  

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Ruslan Əliyev Yusif Səfərov küçəsi 35 ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Əlibaba Bayramov sədr müavini, Arif Cəlilov Dənizçilər ərazi partiya təşkilatının sədri, Elçin Abbasov  sədr müavini,  Azad Aslanov Zığ yolu 15 ünvanında  yerləşən ərazi partiya təşkilatının  sədri, Rafael Tağıyev isə sədr müavini  seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar diləyib.