YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Fədail Nadirovun məzarı ziyarət edilib

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan rayonu  Bədəlli kəndinin sakini, şəhid Nadirov Fədail Fərhad oğıunun məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

Görüşdə şəhidin valideynləri oğlunun vətənpərvərlik ruhunda tərbiyə edildiyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  medallarına layiq görüldüyünü qeyd ediblər.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv