YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda şəhid Elməddin Namazovun xatirəsi anılıb

Samux rayonunun Qovlarsarı kəndində anadan olan qəhrəman şəhidimiz Elməddin Namazovun anım günü qeyd edilib.

Mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda Elməddinin timsalında neçə-neçə igidimizin qarşıya qoyulan döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri sərgilədiyi bildirilib.

Qeyd edək ki, ölümündən sonra Elməddin Namazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”,”Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv