YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mahir Dadaşzadənin şəhadətinin ildönümü qeyd olunub

YAP Beyləqan rayon təşkilatının rəhbərliyinin və fəallarının İkinci Qarabağ müharibəsində şəhid olan beyləqanlıların il mərasimlərində iştirak etmələri ənənəvi hal alıb. Davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələri ziyarət edilir, məzarlarına gül-çiçək dəstələri düzülür.

Oktyabrın 27-də Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ Müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş beyləqanlı baş leytenant Dadaşzadə Mahir Qərib oğlunun il mərasimində iştirak ediblər.

İştirakçılar şəhid ailəsinin problem və qayğıları ilə maraqlanıb, şəhidin əziz xatirəsinə dualar oxuyublar. Həmçinin belə qəhrəman öğul yetişdirdikləri üçün ailəyə  minnətdarlıqlarını bildiriblər.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

DİGƏR Xəbərlər Arxiv