YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib

«Vatikanın katolik dünyasında tutduğu yeri, oynadığı nəhəng rolu və dünya siyasətinə etdiyi təsiri nəzərə alsaq, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikana səfəri, səfər zamanı keçirilən görüşlərin əhəmiyyəti böyükdür». Bu fikri AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.  

M.Qasımlı bildirib ki, bu, Azərbaycan dövlətinin dinlər və mədəniyyətlər arasında dialoqda model bir ölkə olduğunu, bütün dinlər və mədəniyyətlər üçün ən əlverişli şərait yaradıldığını göstərir. Onun sözlərinə görə, dünya ölkələrinin bu sahədə Azərbaycandan öyrənəcəkləri zəngin bir təcrübə toplanıb.

«Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və normal əməkdaşlığa üstünlük verir. Bu mənada dövlət başçısının bütün xarici səfərləri böyük əhəmiyyət kəsb edir. Artıq birmənalı olaraq Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib»- deyə, M.Qasımlı vurğulayıb.