YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə nazirinin Xorvatiyaya rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.
Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun xorvatiyalı həmkarı Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, protokola uyğun olaraq nazirlər fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.