YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının fəalları şəhidlərimizin abidə kompleksləri ətrafında təmizlik işləri aparıblar

44 günlük Vətən müharibəsində tarixi Qələbəni şəhidlərimizin canı, qanı, qazilərimizin qəhrəmanlığı, şücaəti sayəsində qazandıq. Dünyaya səs salan  Zəfəri bizə yaşadaraq, şəhidlik zirvəsinə ucalan  Vətən oğullarının ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.

Artıq Zəfərimizin birinci ildönümü ərəfəsindəyik. Arxada qalan bir ildə  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi, bulaq inşa edilir və açılış mərasimləri keçirilir. Şəhidlərimizin xatirəsinin yaşadılması, onların tanıdılması hər birimizin borcudur. İnşa edilən bu abidə kompleksləri  də işğal altında onlan ərazilərimizi özümüzə qaytaran, bu  torpaqları Vətən edənlərin ruhlarına  göstərilən dərin hörmət və ehtiramın bir nümunəsidir.

Tarix yazan şəhidlərimizin təqdimatında fəal iştirakları ilə diqqət çəkən YAP Xətai rayon təşkilatı Aparatının əməkdaşları, fəalları mütəmadi olaraq  rayon  ərazisindəki  şəhidlərimizin  abidə kompekslərinin ətrafını  təmizləyir,  yaşıllaşdırma işləri həyata keçirir, gül kolları əkir, Vətən yolunda həyatlarını qurban verənlərin xatirələrini ehtiramla yad edirlər.

Oktyabarın 22-də YAP Xətai rayon təşkilatı fəallarının rayon ərazisində yerləşən şəhidlərin xatirə komplekslərinin ətrafında  apardıqları  təmizlik işləri də bu aksiyanın təkib hissəsidir.

YAP Xətai rayon təşkilatının fəalları bu addımlarını özlərinə mənəvi borc hesab etdiklərini bildiriblər. Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğulları ölməzdir, daim xalqımızın qəlbində yaşayacaqlar.