YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə şəhid Zaur Nəbiyevin xatirəsi əbədiləşdirilib

Şəmkir şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Nəbiyevin əziz xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

Açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev və partiya əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə kompleksinin önünə gül dəstələri düzülüb. 

Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, igidlərimizin torpağa bağlılığı və Vətən sevgisindən danışıb.

Mərasimdə Fəxrəddin Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ Müharibəsində qazanılan şanlı Qələbədə Zaur Nəbiyevin timsalında şəhidlərin şücaətindən bəhs edib. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.  

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra məktəblilərin ifasında Vətənə, orduya, şəhidlərə həsr olunan şeirlər səsləndirilib.