YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb

Bərdə rayonunun Vətən müharibəsi şəhidlərindən çavuş Xıdırov Ərəstun Arif oğlu, kiçik gizirlər Mustafayev Əkbər Natiq oğlu və Ramazanlı Əlizamin Umud oğlunun şəhadətindən bir il ötür.

Bununla əlaqədar YAP Bərdə rayon təşkilatının rəhbərliyi və fəalları həmin şəhidlərin məzarlarını ziyarət edib, üzərinə qərənfil dəstələri düzərək şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Şəhidlər xiyabanında keçirilən mərasim zamanı YAP Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən  Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.