YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhidin ailəsi və məzarı ziyarət edilib

Sabirabad rayonunun Qaratəpə kəndində İkinci Qarabağ müharibəsinin şəhidi Məmmədzadə Toğrul Pərviz oğlunun ildönümü mərasimi keçirilib.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi, fəalları, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Daha sonra ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv