YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidi Sabir Yusubovun xatirəsi yad edilib

Göygöl rayonunda Yusubov Sabir Firdovsi oğlunun Vətən müharibəsi zamanı şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, Sabir Firdovsi oğlu Yusubov 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Sabir Yusubov 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi əməliyyatlarda iştirak edib. 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olan Sabir Firdovsi oğlu Yusubov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.