YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 18 Oktyabr – Dövlət Müstəqilliyinın Bərpası Gününə həsr edilmiş “Heydər Əliyev şəxsiyyətinin müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu vardır” mövzusunda onlayn konfrans keçirilib.

Konfransı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

O, vurğulayıb ki, xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. Həmçinin ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Dövlət müstəqilliyinin ilk illərində “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən Ümummilli Liderin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra konfransda fəal YAP üzvləri Gülvin Babayeva, Şəmistan Yusifov, Şəlalə Tağıyeva, Aidə Namazova, Ağca Atai çıxış ediblər.