YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Vüsal İsmayılzadənin doğum günü uyuduğu məzarı önündə qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarından biri olan şəhid İsmayılzadə Vüsal Əlibəndə oğlunun doğum günü uyuduğu məzarı önündə qeyd olunub.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, qəsəbə sakinləri, din xadimləri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.  

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, vətən oğullarının döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirələrini daim uca tutmağın vacibliyini söyləyib, onların məzarlarının ziyarət məkanımıza çevrildiyini bildirib.

Milli Məclisin deputatı Rauf Əliyev də öz növbəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiyini vurğulayıb.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.